Hüquqpozma, Hüquq Pozuntusu

cəmiyyətə ziyav vuran və qanunla cəzalandırılan əməldir. Ən təhlükəli hüquq pozuntusu cinayətdir.
Hüquqlu Səhm
Hüququn Analogiyası
OBASTAN VİKİ
Somatizasiya pozuntusu
Somatizasiya pozuntusu — somatik simptomlarla bağlı təkrarlanan, çoxsaylı və cari, klinik cəhətdən əhəmiyyətli şikayətlərlə xarakterizə edilən psixi və davranış pozuntusu. Xəstəliklərin Beynəlxalq Statistik Təsnifatının ən son versiyası olan BST-10 hələ də somatizasiya sindromunu ehtiva edir. DSM-5-də bu pozuntunun adı somatik simptom pozuntusu (SSP) olaraq dəyişdirilib və əsasən somatik şikayətləri olan SSP (əvvəllər somatizasiya pozuntusu adlanırdı) və ağrı xüsusiyyətləri olan SSP (əvvəllər ağrı pozuntusu kimi tanınır) daxildir. PPDS-ın diaqnostik kriteriyaları bunlardır: 30 yaşından başlayaraq bir neçə il ərzində somatik şikayətlər tarixi. Bu cür simptomlar ümumi tibbi vəziyyət və ya psixoaktiv maddələr istifadəsi ilə tam izah edilə bilməz və ya əlaqəli tibbi vəziyyət olduqda, somatik simptomlar nəticəsində yaranan pozuntular ümumiyyətlə gözləniləndən daha ağırdır. Şikayətlər yalançı və ya saxta pozuntuluqda olduğu kimi saxtalaşdırılmır. Simptomların hamısı eyni vaxtda yox, lakin pozuntu zamanı baş verə bilər. Somatizasiya pozuntusunun özü xroniki, lakin dəyişkəndir, nadir hallarda tamamilə həll olunur. Müəyyən edilmiş şikayət sahələrinin hərtərəfli fiziki müayinəsi somatizasiya pozuntusunun diaqnozu üçün çox vacibdir. Tibbi müayinə şəxsin subyektiv şikayətlərinin obyektiv sübutunu təmin edir.
Qidalanma pozuntusu
Qidalanma pozuntusu — insanın fiziki və ya zehni sağlamlığına mənfi təsir göstərən anormal yemək vərdişləri ilə təyin olunan zehni bir xəstəlikdir. Bunlara qısa müddət ərzində çox miqdarda yemək yemə; çəki artması qorxusu səbəbiylə çox az yemə və beləliklə bədən çəkisinin aşağı düşdüyü nevrotik anoreksiya; bulimia nervoza — çox yemək yemə və sonra yediklərini qaytarmağa çalışmaq; pika — qeyri-ərzaq məhsulları yemə; qidaya marağının olmaması halında ehtiyatlı / məhdudlaşdırıcı qida qəbulu pozğunluğu (ARFID — avoidant/restrcitive food intake disorder); və digər bir qrup qidalanma / yemək pozuqluqları nümunələri çəkmək olar. Qidalanma nizamsızlığı olan insanlar arasında anksiyete pozuqluğu, depressiya və narkotik vasitələrdən asılılıq yayğındır. Obezlik qidalanma nizamsızlığı deyildir. Qidalanma nizamsızlığının səbəbləri tam bəlli olmur. Həm bioloji, həm də ətraf mühit amilləri yemə pozuqluğunda iştirak edə bilər. İncəliyin/arıq olmağın bir çox cəmiyyətdə idealizasiyasının bəzi yemək pozğunluqlarına töhfə verdiyinə inanılır. Qidalanma nizamsızlığı rəqslə məşğul olan insanların təxminən 12 faizinə təsir göstərir. Cinsi istismara məruz qalan insanlarda da çox meydana çıxır. Pika və ruminasiya pozuqluğu kimi bəzi problemlər əqli qüsurlu insanlarda daha tez-tez baş verir.
Hüquq
Hüquq — davranışı tənzimləmək üçün sosial və ya hökumət institutları tərəfindən yaradılmış və tətbiq edilə bilən qaydalar toplusu, onun dəqiq tərifi uzun müddətdir müzakirə olunan bir məsələdir. "Hüquq" sözü ərəbcədən "haqq" sözünün çoxluğunu ifadə edir. Bu söz ingilis dilində "right" sözünə uyğun gəlir. Müasir hüquq ədəbiyyatında hüququn ümumi qəbul edilmiş anlayışı yoxdur. Müxtəlif nəzəriyyələrdə hüquqa fərqli tərif verilmişdir. normativlik (məcburi davranış qaydasını müəyyən edir); ümumilik; dövlətin təminatı ilə icra edilir; obyektivlik; rəsmilik — normalar rəsmi yazılı formada mövcuddur; dəfələrlə qeyri müəyyən müddətdə tətbiq edilir; ədalətlilik; sistemlilik — hüququn daxili sistemləşdirilməsi mövcuddur. Bu nəzəriyyələr daha çox hüququn mənbəyini və onun xüsusiyyətlərini izahetmə baxımından irəli sürülmüşdür. Habelə bu nəzəriyyələrdən bəziləri eyni zamanda fəlsəfi məqsəd də güdür. Pozitiv nəzəriyyə — hüququn əsasını dövlətin müəyyən etdiyi normalar təşkil edir və müvafiq məcburiyyət tədbirləri ilə dövlət onun icrasını təmin edir. Hüququn əsas əlaməti onun normalarının məcburi xarakter daşımasıdır.
Müəlliflik hüququ pozuntusu
Müəllif hüquqlarının pozulması müəllif hüququ təsdiqlənmiş hər hansı bir mülkiyyətdən hüquq sahibinin icazəsi olmadan müəllif hüququ təsdiqlənmiş mülkiyyətin və ya işin təkrar istehsal, dəyişiklik edilmə kimi xüsusi haqlarını pozmaqla istifadəsini nəzərdə tutur. Elektronik və audio-visual məhsulların icazəsiz təkrar istehsalı və yayılmasının ümumi adı piratlıq olaraq qəbul olunmuşdur(bu ifadənin tarixi ilk dəfə Daniel Defoenin 1703-cü ildə True-born Englishman əsərində "Bu Piratlar tərəfindən təkrarən çap olunurdu"cümləsini işlətməsilə başlanmışdır). Bu mənada qayda pozuntularınının "piratlıq"olaraq adlandırılması müəllif hüququnun yaranmasından bir qədər daha əvvəl baş vermişdir. Belə ki,1709-cu ildə yaranan və müəllif hüququyla bağlı ilk sayılan "Statue of Anne" fərmanına qədər 1557-ci ildə Stationer’s Company of London şirkətinin Kral Lisenziyası alması nəşriyyat sahəsində bu şirkətə inhisar imkani yaratmışdı. 1603-cü ildə bu lisenziyadan kənardakı bütün fəaliyyətlər piratlıq olaraq tanınırdı. Bu anlayışın istifadəsinin hüquqi bazasının yaranma tarixi elə həmin dövrlərə dayanır və günümüzə qədər daimi olaraq istifadə olunmaqdadır. Bir çox tənqidçilər bu tərz fəaliyyətlərin "piratlıq"adlandırılmasının aşağılayıcı oldugunu və haqsız olaraq onun bir çox daha ağır və pis əməllərlə bir tutulmasına qarşı olsalar da məhkəmələrdə müəllif hüquqlarının pozulması və "piratlıq"bir birini əvəz edə biləcək terminlər kimi işlədilir. Əqli mülkiyyət hüquqlarının qorunması tək Azərbaycan üçün deyil, bütün dünya ölkələri üçün prioritet istiqamətlərdən biridir. Hazırda piratlıq bütün dünya üzrə silah alveri və narkomaniyadan sonra üçüncü yerdə durur. Piratlıqdan gələn gəlir beynəlxalq illik ticarətin 200 milyard ABŞ dollarını təşkil edir.
Paranoid şəxsiyyət pozuntusu
Paranoid şəxsiyyət pozuntusu — kənar şəxslərin nəzərində, adətən, qapalı, qeyri–səmimi həmişə özündən razı şəxs kimi tanınırlar. Eqoistlik və başqalarının fikri ilə razılaşmamaq meyli də bu xüsusiyyətə aiddir. Onların görüş dairəsi şəxsi keyfiyyətləri çərçivəsindən kənara çıxmır. Şəxsi həyatları mənəvi cəhətdən kasad olur, insanlarla yaxınlığa meyil etmirlər. Tənha yaşamağa çalışırlar. Başqalarının fikirlərini daim inkar edirlər, tənqidləri qəbul etmirlər. Onlar üçün tək həqiqət şəxsi fikirlərinin doğruluğudur. Fikirlərini qəbul etməyən şəxslərə düşmən gözü ilə baxırlar. Qannuşkin (1875–1933) fanatiklər olaraq qəbul etdiyi bir sinfi də paranoidlərə aid edir. Bu sinif öz maddi maraqları uğrunda deyil, qarşıya qoyduğu məqsəd uğrunda mübarizə aparırlar.
Posttravmatik stress pozuntusu
Posttravmatik stress pozuntusu (PTSP) — bir və ya bir neçə son dərəcə təhlükəli və ya fəlakət xarakterli stress hadisəsi və ya vəziyyəti nəticəsində inkişaf edir. PTSP boşanma, iş yerinin itirilməsi və ya imtahandan kəsilmə kimi ümumi disstress situasiyalar nəticəsində, adətən, inkişaf etmir. PTSP- istənilən yaş qrupuna daxil olan şəxsdə rast gəlinə bilər. Tədqiqatlara əsasən əhalinin 39-90%-i ömründə ən az bir dəfə travmatik hadisə yaşayır. Zərərçəkənlər arasında aparılan tədqiqatlarda ən geniş yayılmış psixotravmatik faktorlara ağır somatik travmalar (9,4%), fiziki təzyiq (8,3%), başqasının ağır yaralanması və ya ölümünə şahid olma (7,1%), yaxınlarının qəfləti ölümü və ya ağır xəstələnməsi xəbəri (5,7%), seksual zorakılıq (2%) aiddir. Kesslerə görə travmatik hadisədən sonra PTSP-nin yaranma ehtimalı kişilərdə 8,1%, qadınlarda 20,4%-dir. Nisbətən gənc şəhər populyasiyasında bu göstərici daha yüksəkdir; kişilər üçün 13%, qadınlar üçün 30,2%. Çoxsaylı araşdırmalardan aşağıdakı ümumi nəticələr meydana çıxmışdır. yetkin (orta yaşlı) kişilər qadınlara nisbətdə daha az travmatik hadisə ilə üzləşirlər cinslərarası müxtəlif travmatik hadisələrin müqayisəli analizi göstərir ki, kişilər daha çox fiziki təzyiq və yol-nəqliyyat qəzası, qadınlar isə seksual zorakılıqla üzləşirlər Tarix boyu PTSP daim mübahisələr mövzusu olmuşdur. Bir çoxları üzvi səbəbdən şübhələnirdilər.
Şizoid şəxsiyyət pozuntusu
Şizoid şəxsiyyət pozuntusu — belə şəxslərin cəmiyyətdə özünü aparması, geyimləri, mimikası, jestləri və.s özünəməxsus olur. Çox danışmağı sevmirlər, mimika və jestlərlə cavab verirlər. Uşaq yaşlarından həmyaşıdları ilə əlaqədə olmurlar. Ona görə də yaş artdıqdan sonra yaxın saya biləcəkləri insanlar olmur.
Narsistik şəxsiyyət pozuntusu
Narsistik şəxsiyyət pozuntusu — bir insanın digər insanlardan özünəməxsusluğuna, xüsusi statusuna, üstünlüyünə, böyüklüyünə inamı ilə səciyyələnən şəxsiyyət pozğuntusu; istedad və nailiyyətlər haqqında şişirdilmiş fikir; öz uğurları haqqında fantaziyalarla məşğul olmaq; başqalarından qeyd-şərtsiz yaxşı münasibət və şübhəsiz itaət gözləmə; öz unikallığını və əhəmiyyətini təsdiqləmək üçün başqalarının ona heyranlığını axtarmaq; empatiya göstərə bilməmək; başqalarının onlara həsəd apardığı aqqında fikirlər. Narsistik insanlar daima başqalarının onlar haqqında fikirlərini idarə etməyə çalışırlar. Onlar özlərini əlaqələndirdiklərini ideallaşdırarkən, dünyada demək olar ki, ətraflarında olan hər şeyi dəyərsizləşdirməyə meyllidirlər. Bu xəstəliyin adı bir çayın sularında əks olunduğuna heyran olmağı seçən və nimfa Exonun sevgisini rədd edən gözəl və gənc Narsiss haqqında olan qədim yunan mifindən irəli gəlir. Bunun cəzası olaraq o, öz əksini sevməyə məhkum olmuş və sonda onun adını daşıyan çiçəyə çevrilmişdir.
Sərhəd şəxsiyyət pozuntusu
Sərhəd şəxsiyyət pozuntusu və ya Sərhəd xətti şəxsiyyət pozuntusu (emosional qeyri-sabit şəxsiyyət pozğunluğu, sərhəd tipi, qıs. SŞP) — impulsivlik, aşağı özünə nəzarət, emosional qeyri-sabitlik, yüksək narahatlıq və ciddi sosiallaşma səviyyəsi ilə xarakterizə olunan şəxsiyyət pozğunluğu. DSM-5 və ICD-10-a daxildir (sonuncuda emosional qeyri-sabit şəxsiyyət pozğunluğunun alt növü hesab olunur). Çox vaxt təhlükəli davranış və özünə zərər vermə ilə müşayiət olunur. Belə insanlar həm də boşluq hissi və ehtiyac duyulmamaq qorxusu ilə mübarizə apara bilər. Pozuntunun simptomları zahirən adi həyat hadisələrinə cavab olaraq görünə bilər. Ağrılı davranış adətən yeniyetməlik dövründə başlayır və müxtəlif vəziyyətlərdə baş verir. Maddələrdən sui-istifadə, depressiya və yemək pozğunluqları çox vaxt bu pozğunluqla əlaqələndirilir. SŞP olan insanların təxminən 10% -i intihar nəticəsində ölür. SŞP-nin səbəbləri tam aydın deyil, lakin genetik faktorların əhəmiyyətli bir töhfə verdiyi məlumdur.
Təşviş həyəcan pozuntusu
Təşviş pozuntuları — təşviş və qorxu hissləri ilə müşayiət olunan müxtəlif növ nevrozlar adlanır. Bu əsəb pozuntularına ümumi təşviş pozuntusu, sosial fobiya, aqorafobiya, spesifik fobiyalar, vahimə (panik) pozuntusu və digər psixi pozuntular aiddir. Təşviş və qorxu hissləri ilə müşayiət olunan müxtəlif növ nevrozlar təşviş pozuntuları adlanır. Bu əsəb pozuntularına ümumi təşviş pozuntusu, sosial (ictimai) fobiya, aqorafobiya, spesifik fobiyalar, vahimə (panik) pozuntusu, obsessiv-kompulsiv pozuntu (sarışan hallar nevrozu), posttravmatik stress pozuntusu aiddir. Müxtəlif təşviş pozuntularından əhalinin 15–18%-i əziyyət çəkir. Əsəb xəstəlikləri arasında, yayılmasına görə, təşviş pozuntuları yalnız depressiyadan geri qalır. Qorxu və təşviş insanın təbii emosional reaksiyalarıdır. İnsanın həyatına təhlükə yarandıqda bu hisslər hər bir fərddə meydana çıxır və onun fəaliyyətini təhlükədən qurtarmağa yönəldir. Lakin hər hansı situasiyaya qarşı həddən artıq güclü qorxu və təşviş yaranarsa, yaxud bu hisslər əsassız meydana çıxarsa, belə vəziyyət təşviş pozuntuları adını almış əsəb xəstəliklərinin əlaməti kimi qiymətləndirilir. Bu bölmədə müxtəlif təşviş pozuntularının qısa təsviri verilmişdir.
Ekoloji hüquq
Davamlı inkişafa keçid yalnız hərtərəfli əsaslandırılmış qanunun aliliyi və icra edilməsi təmin edilən, insanın və ekosistemin hüquqi müdafiəsi mövcud olan hüquqi dövlət şəraitində mümkündür. Hüquq — cəmiyyətdə insanların münasibətini tənzimləyəli, müəyyən mənada dövlət tərəfindən müəyyən edilən və qorunan normaların məcmusudur. Hüquqi dövlətin yaranması kimi cəmiyyətin mövcudluğu sivilizasiya formasına keçid ilə əlaqədar yaranmışdır. İbtidai icma cəmiyyətində insanlar arasında münasibətlər normalarla həyata keçirilirdi, yəni təbii zəruriliyə əsaslanan adətlər vasitəsilə tənzimlənirdi. Sivilizasiyanın hələ ilk mərhələlərində bu normaları dəqiq formalaşdıran vƏ ciddi şəkildə gözləyən qanunlara ehtiyac yarandı. Uzun müddət hüquq qanunlar şəklində dövlət hakimiyyətinin əlavəsi, davamı kimi mövcud olmuşdur. Qanunları dövlət müəyyənləşdirir, onların həyata keçirilməsini təmin edirdi. Hüquq tam inkişafına və öz rolunun həyata keçirilməsinə yalnız demokratiya şəraitində çatır. Hüququn aliliyi təsdiq edilir, o dövlət hakimiyyəti üzərində yüksəlir, yəni hüquqi dövlət yaranır. Hüquq demokratik cəmiyyət şəraitində: dövlət hakimiyyətini əlaqələndirir və özünə tabe etdirir; dərin əsaslanmalar əldə edir və ölkə konstitusiyasında möhkəmlənir; müstəqil və güclü olan məhkəmə ilə birləşir.
Hakim (hüquq)
Hakim — Məhkəmə orqanlarında baxılan iş haqqında hökm və ya qərar çıxaran vəzifəli şəxs. Azərbaycan Respublikasının qanunlarına görə hakimlər: Yalnız AR Konstitusiyası və qanunlarına tabedir; Toxunulmazdırlar; Səlahiyyətləri yalnız qanunda nəzərdə tutulmuş əsaslara və qaydalara müvafiq surətdə xitam verilə bilər; Cinayət məsuliyyətinə qanunda nəzərdə tutulan qaydada cəlb oluna bilərlər; Başqa seçkili və təyinatlı vəzifə tuta bilməzlər; Elmi, pedaqoji və yaradıcılıq fəaliyyətlərindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər. Vəzifə maaşından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər; Siyasi fəaliyyətlə məşğul ola bilməz və siyası partiyalara üzv ola bilməzlər. Hakimlik haqqında Qurani-Kərimdə belə buyurulur: "Ey Davud! Biz səni yer üzündə xəlifə (və canişin) etdik. Camaat arasında haqq-ədalətlə hakimlik et və heç vaxt istəklərinə tabe olma ki, səni Allahın yolundan döndərməsin. Həqiqətən də, Allahın yolundan çıxanlar qiyamət gününü unutduqlarına görə (cəza olaraq) böyük əzab görəcəklər." Hz. Əlidən nəql olunan hədisdə deyilir: "Hakimin vəzifəsi budur ki, hansısa bir fəzilət və üstünlük əldə edəndə və ya ona bir nemət veriləndə halı dəyişməsin, onun rəiyyətlə rəftarının dəyişməsinə səbəb olmasın. Allahın ona nəsib etdiyi nemətlər onun, Allah bəndələrinə yaxınlaşmasını və qardaşlarına mehribanlığını artırsın. Bilin, sizin mənim boynumda olan haqqınız, müharibə istisna olmaqla sizdən heç bir sirr gizlətməməyim, hökm çıxarmaq istisna olmaqla, sizinlə məsləhətləşmədən bir iş görməməyim və haqlarınızı gecikdirməməyim (sizin haqq və bəxşişlərinizi vaxtında verməyimdir), onun çatdırılmasını ləngitməməyim və sizin hamınızı bərabər bilməyimdir.
Hüquq Klinikası
Hüquq Klinikası — Hüquq klinikası (eyni zamanda qanuni klinika və ya hüquq fakültəsi klinikası) müxtəlif müştərilərə xidmət göstərən və tez-tez hüquq fakültəsi tələbələrinə hüquqi təcrübə verən bir hüquqi yardım və ya hüquq fakültəsi proqramıdır. Klinikalar , ümumiyyətlə, klinik professorlar tərəfindən idarə olunur. Hüquq klinikaları müəyyən bir sahədə pro — bono işi aparır və müştərilərə pulsuz hüquqi xidmətlər göstərir. Hüquq klinikası Palacky Universitetində tələbələrin hüquqi yardım ofisində iş üzərində işləyərkən hüquq fakültəsi tələbələrinin praktik tədrisi metodu kimi yaranıb, lakin bu gün akademik əlaqələri olmayan pulsuz hüquqi yardımı da əhatə edir. Vəkillərə, hakimlərə və hüquqşünaslara qanunun tətbiqi — etik ölçüləri barədə praktiki bacarıqları təmin edən , akademik əlaqəsi olmayan təcrübi əsaslı hüquq klinikaları mövcuddur ki , onlar eyni zamanda pulsuz ictimai hüquqi xidmətləri də təklif edirlər. Avani Bansalın sözlərinə görə, tərəflərin vəkil tuta bilmədikləri və dövlət tərəfindən hüquqi xidmətlər göstərildiyi hallarda, bu qanuni nümayəndəliyin keyfiyyəti çox vaxt şübhə doğurur. Bu səbəbdən hüquqşünasların kasıb insanlara hüquqi məsləhət verə biləcəyi hüquq fakültələrindəki hüquqi yardım klinikaları və ya qanuni yardım klinikaları yaradılmasına ehtiyac vardır. Tələbələr, ümumiyyətlə, araşdırma, hüquqi dəlillər hazırlamaq və müştərilərlə görüşməkdə kömək edirlər. Bir çox halda, klinikanın professorlarından biri Məhkəmə qarşısında şifahi mübahisələrdə iştirak edir. Bununla birlikdə, bir çox yurisdiksiyada hüquq klinikasında tələbələrinin məhkəməyə çıxıb mübahisə etməsinə imkan verən "tələbə təcrübəsi" qaydaları mövcuddur.
Hüquq fakültəsi
Hüquq fakültəsi — hüquq elminin tədris olunduğu və bu elm daxilində müxtəlif sahələr üzrə tədqiqatların aparıldığı fakültədir. Onun məzunları hüquqşünas, hakim, prokuror, hüquq məsləhətçisi, notarius və icra hakimi kimi fəaliyyət göstərə bilərlər. Türkiyədə təhsil müddəti 4 ildir. Türkiyədə ilk hüquq fakültəsi 1874-cü ildə yaradılan İstanbul Universiteti Hüquq Fakültəsi olub, Respublika dövründə isə ilk yeni açılan fakültə 1925-ci ildə yaradılmış Ankara Universiteti Hüquq Fakültəsi olmuşdur. Ankara Universiteti Hüquq Fakültəsi 5 Noyabr 1925-ci ildə Atatürk tərəfindən Ankara Ədliyyə Hüquq Məktəbi adı ilə təsis edilmişdir. İstanbul Hüquq Fakültəsinin əsasını 1874-cü ildə Qalatasaray Liseyində “Dârülfünun-u Sultani” şöbəsi olaraq açılan “Məktəb-i Hüquq” təşkil edir. Konya Hüquq Məktəbi 1907-ci ildə qəbul edilmiş qərarla yaradılmış və 1908-ci ildən bu universitetdə təhsil verilməyə başlanmışdır. Ege Universiteti Hüquq Fakültəsi 1978-ci ildə yaradılmışdır. 1982-ci ildə Dokuz Eylül Universitetinin yaradılması ilə hüquq təhsili bu universitetə ​​keçmişdir.
Hüquq jurnalistikası
Hüquq jurnalistikası, ictimai və ya siyasi məqsəd üçün qəsdən və şəffaf şəkildə qərəzsiz bir nöqteyi-nəzərdən qəbul edilən jurnalistika janrıdır. Çünki, həqiqətə uyğun və təbliğatdan fərqlidir. Həm də medianın qərəzli olması və mediada obyektivliyin olmaması hallarından fərqlənir, çünki qərəz olduğu ehtimal olunur. Bəzi insan haqları jurnalistləri ənənəvi obyektivlik idealının ya bütövlükdə, ya da reklamda korporativ sponsorların olması səbəbindən mümkün olduğunu inkar edirlər. Bəziləri ictimai marağın fərqli şəffaf baxışları olan müxtəlif KİV-lər tərəfindən daha yaxşı təmin olunduğunu və ya təbliğat jurnalistikasının makkraker və ya məlumat verən kimi eyni rol oynadığını düşünürlər. Müstəqil Media Mərkəzi olan "alternativ" jurnalist kooperativinin bir yazarı fəaliyyətə çağırışda aşağıdakıları yazır: Jurnalistikanın klassik prinsipləri obyektivlik və neytrallıq tələb edir. Bunlar artıq ümumdünya hörməti olmayan köhnəlmiş prinsiplərdir … Onlara bağlılığımızı hiss etməməliyik. Əgər biz hər zaman mənalı dəyişiklik etmək istəyiriksə, təbliğat jurnalistikası zəruri təşkilatı təmin edən ən vacib element olacaqdır. Buna görə də, təbliğat sahəsində uğurlu jurnalist olmağı öyrənməyimiz çox vacibdir. Çoxları üçün bu, məqsədləri müəyyənləşdirmək və əldə etmək üçün fərqli bir yol tələb edəcəkdir.
Hüquq müdafiəçiləri
Hüquq müdafiəçiləri — müxtəlif insan hüquqlarının dinc vasitələrlə, bir qayda olaraq, dövlət strukturlarının və ya vəzifəli şəxslərin özbaşınalığından müdafiəsi məsədi ilə ictimai fəaliyyətlə məşğul olan şəxslərdir. Onlar jurnalistlər, ekoloqlar, məlumat verənlər, həmkarlar ittifaqı işçiləri, hüquqşünaslar, müəllimlər, birbaşa fəaliyyətin iştirakçıları və ya sadəcə təkbaşına fəaliyyət göstərən şəxslər ola bilərlər. Onlar işlərinin bir hissəsi kimi və ya könüllü olaraq hüquqlarını müdafiə edə bilərlər. Fəaliyyətləri nəticəsində insan hüquqları müdafiəçiləritez-tez qarayaxma, müşahidə, təqib, saxta ittihamlar, əsassız həbs, birləşmək azadlığının məhdudlaşdırılması, fiziki hücum və hətta qətllər də daxil olmaqla repressiyalara məruz qalırlar. 2020-ci ildə 25 ölkədə ən azı 331 hüquq müdafiəçisi öldürülüb. Beynəlxalq ictimaiyyət və bəzi milli hökumətlər müxtəlif müdafiə vasitələri ilə bu zorakılığa cavab verməyə cəhd göstərmişlər, lakin hüquq müdafiəçilərinə qarşı zorakılıq artmaqda davam edir. Qadın hüquq müdafiəçiləri və ətraf mühitin mühafizəsi ilə məşğul olan insan hüquqları müdafiəçiləri digər məsələlərlə məşğul olan hüquq müdafiəçilərindən daha çox repressiya və risklərlə üzləşirlər. 1998-ci ildə Birləşmiş Millətlər Təşkilatı insan hüquqları müdafiəçilərinin işini qanuniləşdirmək və insan hüquqları fəaliyyətinin müdafiəsini genişləndirmək üçün İnsan Hüquqları Müdafiəçiləri haqqında Bəyannaməni qəbul edir. İnsan hüquqları müdafiəçisi termini BMT Baş Assambleyası tərəfindən hamılıqla tanınmış insan hüquqlarının və əsas azadlıqların təşviqi və müdafiəsi üçün fərdlərin, qrupların və cəmiyyət orqanlarının hüquqları və məsuliyyəti haqqında Bəyannaməni qəbul etdikdən sonra beynəlxalq insan hüquqları ictimaiyyətində geniş istifadə olunmağa başlanır. Bu Bəyannamədən əvvəl “fəal”, “işçi” və ya “müşahidəçi” insan hüquqlarını müdafiə etmək üçün çalışan insanlara qoyulmuş terminlər idi.
Hüquq normaları
Hüquq normaları — ümumi xarakter daşıyan, rəsmiləşdirilmiş, davranış qaydalarını müəyyən edən, dövlət tərəfindən qeydə alınmaqla tanınan, zəruri olduqda icrası dövlət məcburiyyət tədbirləri ilə təmin edilən, ictimai münasibətlərin iştirakçılarının hüquq və vəzifələrini müəyyən edən qaydalardır. Hüquq normalarının aşağıdakı əlamətləri var: insanların davranışını tənzimləyir. ümumi xarakter daşıyır. dövlətlə əlaqəlidir, hüquq normalarını ya dövlət müəyyən edir, ya da dövlətin icazəsi olduqdan sonra tətbiq edilir. rəsmi xarakter daşıyır. Dövlət orqanları tərəfindən aktlarda əks edilməklə rəsmiləşdirilir. sistemlilik. Hüquq normaları bir biri ilə bağlıdır, ziddiyət təşkil etmirlər. Bir qayda olaraq, hüquq norması üç hissədən ibarət olur: Hipotez (əgər…) — hüquq normasının realizəsi, sanksiyanın tətbiqi müəyyən hərəkətinin edilməsi və ya edilməməsi ilə əlaqələndirilir. Məsələn, Cinayət Məcəlləsi normalarında xüsusi hissənin maddələrində əgər cinayət törədilirsə, ağırlaşdırıcı hallar olmaqla cinayət törədilirsə cəzanın tətbiq edilməsi.
Hüquq norması
Hüquq normaları — ümumi xarakter daşıyan, rəsmiləşdirilmiş, davranış qaydalarını müəyyən edən, dövlət tərəfindən qeydə alınmaqla tanınan, zəruri olduqda icrası dövlət məcburiyyət tədbirləri ilə təmin edilən, ictimai münasibətlərin iştirakçılarının hüquq və vəzifələrini müəyyən edən qaydalardır. Hüquq normalarının aşağıdakı əlamətləri var: insanların davranışını tənzimləyir. ümumi xarakter daşıyır. dövlətlə əlaqəlidir, hüquq normalarını ya dövlət müəyyən edir, ya da dövlətin icazəsi olduqdan sonra tətbiq edilir. rəsmi xarakter daşıyır. Dövlət orqanları tərəfindən aktlarda əks edilməklə rəsmiləşdirilir. sistemlilik. Hüquq normaları bir biri ilə bağlıdır, ziddiyət təşkil etmirlər. Bir qayda olaraq, hüquq norması üç hissədən ibarət olur: Hipotez (əgər…) — hüquq normasının realizəsi, sanksiyanın tətbiqi müəyyən hərəkətinin edilməsi və ya edilməməsi ilə əlaqələndirilir. Məsələn, Cinayət Məcəlləsi normalarında xüsusi hissənin maddələrində əgər cinayət törədilirsə, ağırlaşdırıcı hallar olmaqla cinayət törədilirsə cəzanın tətbiq edilməsi.
Hüquq prinsipləri
Hüquq prinsipləri — hüquqi tənzimlənmənin məzmununu və istiqamətlərini müəyyən edən rəhbər qanunlardır. Bir tərəfdən, müəyyən hüquq qanunlarını ifadə edirlər, digər tərəfdən, hüquqi tənzimləmə bütün sahələrində tətbiq olunan və bütün subyektlərə tətbiq olunan ən ümumi normaları təmsil edirlər. Bu normalar ya qanunda birbaşa ifadə olunur, ya da qanunların ümumi mənasından irəli gəlir. Qanun prinsipləri qanunverici üçün istiqamətləndirici fikirlər kimi çıxış edərək, standartların təkmilləşdirilməsinin yollarını müəyyənləşdirir. Bunlar cəmiyyətin inkişafı və fəaliyyətinin əsas qanunları ilə hüquq sistemi arasındakı əlaqədir. Prinsiplər sayəsində hüquq sistemi bir insanın və cəmiyyətin ən vacib maraqlarına və ehtiyaclarına uyğunlaşır, onlarla uyğunlaşır. Hüquq prinsipləri bütövlükdə qanuna xas olanlara (ümumi hüquqi), onun ayrı-ayrı sahələrinə (sənayesinə) və ya əlaqəli sahələr qrupuna (sektorlararası) bölünür. Məsələn, filial prinsipi cəza hüququnda cəzanın fərdiləşdirilməsi prinsipini, şöbələrarası prinsip mülki prosessual və cinayət-prosessual hüquqdakı rəqabət prinsipini özündə cəmləşdirir. Hüquq prinsipləri bir çox səbəbə görə təsnif edilə bilər. Ən vaciblərindən biri ictimai həyatın bu və ya digər sahəsidir.
Hüquq psixologiyası
Hüquq psixologiyası — psixologiyanın mühüm sahələrindən biri. İnsan tərəfindən hüquq normaları və davranış qaydalarının öyrənilməsini nəzərdən keçirir, hüquq sisteminin reallaşması ilə bağlı olan psixoloji məsələləri aydınlaşdırır. Onun məhkəmə psixologiyası, kriminal psixologiya, islah,əmək psixologiyası və s. bölmələri vardır. Psixologiya və hüquq elm sahəsi kimi 1960-cı illərdə yaranmağa başladı. Psixologiyanın prinsipləri və hüquqi tətbiqetməni özündə birləşdirən istənilən araşdırma hüquq psixologiyası sayılır. Hüquq psixologiyası iki mürəkkəb və çox sahəli elmlər sisteminin hüquq və psixologiya elmlərinin qovşağında meydana gəlmişdir.Bu elm sahələrini bir-birinə yaxınlaşdıran və qovuşduran ümumi cəhət onların hər ikisinin obyekti insanın rəftar və davranışı, daxili psixoloji aləmi fərdi psixoloji xüsusiyyətləri ilə əlaqədar olmasıdır. Elmin obyekti dedikdə, onun tədqiq etdiyi real gerçəklik nəzərdə tutulur.Lakin elmlər bir-birindən öyrəndikləri obyektə görə deyil predmentinə (mövzularına) görə fərqlənirlər.Bu cəhətdən hər bir elmin,o cümlədən insanı öyrənən elm sahələrinin elə özünəməxsus ayrıca predmeti var. Hüquq psixologiyası insanların psixi fəaliyyətinin hüquqla tənzim edilmə sahəsində qanunauyğunluqlarını və mexanizmlərini öyrənən elm sahəsidir. Əgər hüquq insanda hüquq pozma xassəsini əsas götürürsə, hüquq psixologiyası, ilk növbədə insanı hüquq pozuntusuna yol vermiş şəxs, şahid və zərərçəkmiş kimi tədqiq edir.
Hüquq sosiologiyası
Hüquq sosiologiyası — hüquq institutunun digər sosial qurumlarla qarşılıqlı əlaqəsini araşdıran sosiologiyanın bir sahəsi. Hüquq sosiologiyasının maraq dairəsinə hüquq normalarının genezisi, dinamikası, quruluşu, habelə sosial şərtləndirmə və cəmiyyətdəki rolunun öyrənilməsi daxildir. Hüquq sosiologiyası kriminologiya, sosial mühəndislik və hüquq antropologiyası ilə sıx bağlıdır. "Hüquq sosiologiyası" konsepsiyası ilk dəfə Dionisio Antsilotti tərəfindən 1892-ci ildə təqdim edilmişdir və 1913-cü ildə "Hüquq Sosiologiyasının əsasları" adlı əsər avstriyalı Oyhen Erlix tərəfindən nəşr edilmişdir. Daha sonra, hüquq sosiologiyası Maks Veber, Emil Durkhaym və Leon Düqinin araşdırmaları sayəsində inkişaf etdi. Xüsusilə, Maks Veber və Emil Durkhaym qanunların ictimai münasibətlərə təsirini araşdırdılar. Hüquq sosiologiyası və hüquq elmləri mövzusu tez-tez təmasda olur, lakin müəyyən hüquqi münasibətlərin öyrənilməsinə yanaşmalar çox fərqlidir. Hüquq elmini ilk növbədə sosial münasibətlərin hüquqi forması maraqlandırır, sosiologiya isə bu münasibətlərin sosial funksiyaları və digər qeyri-hüquqi aspektləri ilə maraqlanır.
Korporativ hüquq
Korporativ hüquq – kommersiya hüququ institutu olaraq, özündə hüquqi şəxsin təsis olunmasını və fəaliyyəti ilə bağlı münasibətlərin hüquqi nizamlanmasının xüsusi və ümumi metodlarını, davranış norma və qaydalarının vəhdətini təşkil edir. Bu, hüquqi şəxslərin statusunu, fəaliyyətini və yaradılmasını tənzimləyən, eləcə də korporativ münasibətlərin bütün iştirakçıları üçün mütləq olan və dövlət məcburiyyətinin təsiri ilə qorunan hüquq normaları sistemidir. Həmçinin korporasiyanın idarəetmə orqanları tərəfindən müəyyən edilən, onların üzvlərinin iradəsini əks etdirən, korporasiyanın bütün iştirakçıları üçün mütləq olan və korporativ məcburiyyət gücü ilə qorunan, onun yetərsizliyi zamanı isə dövlət məcburiyyəti gücü ilə qorunan normaların cəmidir. Korporativ hüquq elmi biliklərin bir sahəsi kimi özündə korporativ normaların, doktrinal tədqiqatların, eləcə də əsas anlayışların təyini, korporativ münasibətlərinin hüquqi tənzimləməsi prinsipləri, nəzəriyyələri və korporativ hüququn predmeti olan tətbiqi baxışların işlənib hazırlanması da daxil olmaqla korporativ hüquqi münasibətləri birləşdirir. Korporativ hüquq elmi dedikdə təşkilatın hüquqi tənzimlənməsi və korporasiyanın fəaliyyəti haqda olan dinamik inkişaf edən bilik sahəsi (sistemi) başa düşülür. O, korporasiyanın yaranması və fəaliyyəti, korporativ münasibətlərin mahiyyəti ilə bağlı olan obyektiv qanunauyğunluqları öyrənir. Emin Kərimov. Azərbaycan korporativ (şirkətlər) hüququ. Bakı, 2014, 233 səh.
Müdafiəçi (hüquq)
Müdafiəçi — cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədilə fəaliyyət göstərən vəkil. Ümumi hüquq sistemli ölkələrdə bu fəaliyyətlə əsasən barristerlər məşğul olur. ABŞ-də müdafiəçilər həbs, cinayətlərin istintaqı, cinayət təqibi, hökm çıxarılması, apelyasiya və məhkəmə araşdırmaları ilə bağlı məsələlərlə məşğul olurlar. Çox zaman vəkillərin bir qismi xüsusi olaraq müdafiəçi kimi ixtisaslaşırlar. Məsələn, ABŞ-də narkotik vasitələrlə əlaqədar törədilən cinayətlər üzrə müdafiəçilər və sərxoş vəziyyətdə nəqliyyat vasitəsitəsinin idarə edilməsi cinayətləri üzrə ixtisaslaşmış müdafiəçilər fəaliyyət göstərirlər. Müdafiəçilər, həmçinin, müdafiə etdikləri şəxslərin ittiham olunduqları cinayət üzrə cinayət tərkibinin əlamətlərini də araşdırırlar. Onlar öz müştərilərinə prokuror tərəfindən ittiham aktı tərtib olunanadək yardım edə bilirlər. Bu, adətən, həmin şəxs haqqında təhqiqat aparılanda və ya şəxs tutulanda həyata keçirilir. Təqsirləndirilən şəxslər polis və digər təhqiqatçılarla münasibətlərdə təmsil edilmək, cinayət işi barədə təhqiqat aparılması, eləcə də prokurorun ittihamlarına qarşı müdafiə olunmaq məqsədilə sübutların toplanması üçün müdafiəçi tuturlar. ABŞ-də qraflıq, dövlət və federal hökumətİ kimi dövlət idarələrində çalışan müdafiəçilərə çox zaman ictimai müdafiəçilər və ya məhkəmə tərəfindən təyin edilmiş vəkillər də deyilir.
Mülki hüquq
Mülki hüquq — fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini, onların əmlak və şəxsi qeyri əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi və xitam verilməsi qaydasını müəyyənləşdirən, müqavilə ilə yaranan öhdəlik münasibətlərini və əmlak və şəxsi qeyri əmlak münasibətlərini tənzimləyən hüquq sahəsidir. Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Əmlak və qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər. İstər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludur. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: mülki hüquq subyektlərinin bərabərliyi; mülki hüquq subyektlərinin iradə sərbəstliyi; mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; mülkiyyətin toxunulmazlığı; müqavilələr azadlığı; şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi; mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; pozulmuş hüquqların bərpasının təmin edilməsi; mülki hüquqların məhkəmə müdafiəsi. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.Mallar, xidmətlər və maliyyə vəsaiti Azərbaycan Respublikasının bütün ərazisində sərbəst hərəkət edir. Əgər insanların təhlükəsizliyinin təmin edilməsi, həyatının və sağlamlığının müdafiəsi, təbiətin və mədəniyyət sərvətlərinin qorunması üçün zəruridirsə, malların və xidmətlərin hərəkəti üçün məhdudiyyətlər qanuna müvafiq surətdə tətbiq edilə bilər.
Müqayisəli hüquq
Müqayisəli hüquq, hüquqi müqayisəli təhlil, hüquqi müqayisəli araşdırmalar — eyni adlı dövlət və hüquq institutlarını, onların əsas prinsiplərini və kateqoriyalarını müqayisə edərək müxtəlif dövlətlərin hüquq sistemlərini araşdıran fiqur (bölmə). Müqayisəli qanun, yüksək teorisiyaya baxmayaraq, qanunvericilik fəaliyyəti və beynəlxalq təşkilatların fəaliyyəti sahəsində ən populyar elmlərdən biridir. Müqayisəli qanunun əsas məqsədləri arasında ayırd etmək adətlidir: epistemoloji məqsəd; praktik məqsədlər. Müqayisəli qanunun epistemoloji məqsədi hüquqi fenomen və təsisatların inkişafının ümumi nümunələrini müəyyənləşdirməkdir, çünki yalnız fərqli hüquq sistemlərinin müqayisəsi qanunda ümumi və xüsusi, təsadüfi və nizamlılığı ayırd etməyə imkan verir. Beləliklə, hər hansı bir hüquqi araşdırmada nisbətən hüquqi metod vacibdir. Başqa sözlə, xarici hüquq bilikləri öz qanunlarınızı daha yaxşı başa düşməyə, üstünlüklərini və mənfi cəhətlərini görməyə imkan verir. Bu baxımdan, müqayisəli hüququn əsaslarının öyrənilməsi gələcək hüquqşünasların hüquqi təfəkkürünün formalaşmasında mühüm tərkib hissəsidir, onu daha "həcmli" və çevik etmək olar. Müqayisəli qanun sırf epistemoloji ilə yanaşı, aşağıdakı praktik məqsədləri də daşıyır: açıq-aydın zərurət yarandığı ərazilərdə (ilk növbədə mülki, ticarət, humanitar hüquq) müxtəlif dövlətlərin qanunvericiliyinin yaxınlaşmasına və birləşdirilməsinə kömək etmək; xarici ölkələrin hüquq təcrübəsinin öyrənilməsi əsasında öz milli hüquq sisteminin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması. Bu sırf praktik məqsədlərə çatmaq hazırda Avropa Birliyindəki genişmiqyaslı inteqrasiya prosesləri və Avropa Vətəndaş Məcəlləsi, ümumən Avropa Konstitusiyası kimi Avropa aktlarının qəbul edilməsi layihələri səbəbindən xüsusilə aktualdır. Müqayisəli hüquqi tədqiqat metodu qədim dövrlərdə tətbiq olunmağa başladı.